İNK sədrinin yeni müşaviri Teymur Əliyevdir

0
792

 

İctimai Nəzarət Koalisiyasında kadr islahatları davam etməkdədir. İNK İH-nin sədri Rasim Məmmədovun (o həmçinin SİMİB-in rəhbəri və DAMM-nin I vitse prezidentidir) yeni müşaviri Teymur Əliyev təyin olunmuşdur. “Riyad” Hüquq Araşdırma Mərkəzinin baş direktoru olan Teymur Əliyev artıq İNK sədrinin müşaviri olmaqla yanaşı, təşkilatın Hüquq, Kadr və Daxili Nəzarət Departamentinin sədridir.
Qeyd edək ki, 1976-cı ildə Bakı şəhərində anadan olmuş Teymur Firudin oğlu Əliyev Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsində təhsil almış, “Azərenerji” ASC-də bir sıra məsul vəzifələrdə çalışmışdır.

“ictimaixeber.az”