Rusiyada Novosibirsk şəhər krematoriyası sürətli qəbirqazma yarışı təşkil edəcək.
Müsabiqə avqust ayına planlaşdırılıb.
Bu barədə krematoriyanın rəhbəri Boris Yakuşin “Mash” “Telegram” kanalına müsahibəsində deyib.
Qeyd edək ki, qeyri-adi müsabiqənin vətəni Macarıstanın Debretsen şəhəri hesab olunur. Avropalı qəbirqazanlar müsabiqəni ciddi yarış kimi qəbul edirlər.