Ağ Evə hücum etdilər – Prezidentə qarşı ŞOK HƏRƏKƏT/VİDEO

0
484

Qaradərili Corc Floydun polis şiddəti ilə öldürülməsinə etiraz olaraq baş qaldıran aksiyalardakı “heykəl aşırma” ənənəsi ABŞ-ın paytaxtı Vaşinqtona da çatıb.

Bir qrup aksiyaçı dövlət başçısının iqamətgahı olan Ağ Evin qarşısındakı 7-ci prezident Endryu Ceksonun heykəlini aşırmağa cəhd göstərib.

Ceksonun əleyhinə şüarlar səsləndirən etirazçılara heykəlin yerləşdiyi Lafayette Parkının polisi və Gizli Xidmət müdaxilə edib. Polis kütləni yalnız gözyaşardıcı qazla olay yerindən uzaqlaşdıra bilib.

Qeyd edək ki, Endryu Cekson çox sayda yerli əhalinin ölümünə səbəb olan Hinduların Deportasiya Qanununun memarı hesab edilir. Onun çox sayda köləsi olduğu bəllidir.

ABŞ prezidenti Donald Tramp olaya tvitterdən reaksiya göstərib və heykələ qarşı vandalism həyata keçirməyə çalışan bir çox insanın həbs olunduğunu açıqlayıb. O bildirib ki, həbs edilənlər 10 il cəza ala bilər.