Pandemiya dövründə maşın bazarı: Bitməyən “Mercedes” və VAZ sevgisi – VİDEOREPORTAJ

0
698

Bu günlərdə Bərdənin avtomobil bazarında alıcı axını müşahidə olunur. Buna səbəb bazarda maşın çeşidlərinin çoxluğu, avtomobillərin daha münasib qiymətə satılmasıdır.

Satıcıların sözlərinə görə, koronavirus pandemiyasi alıcılıq qabiliyyətinə də təsir göstərib.

Bazarda alıcılar xaricdə istehsal olunan avtomobillərdən ən çox təkrar satışa çıxarılan “Mercedes” markasına, daha dəqiq desək, bu markanın nisbətən köhnə modellərinə üstünlük verirlər.

Rusiyadan idxal olunan avtomobillərdən isə daha çox “VAZ 2106”, “VAZ 2107” və qiyməti 4-5 min manat arasında dəyişən avtomobillərə maraq göstərilir. Bunun da səbəbi həmin avtomobillərin yollara daha davamlı olması, eləcə də, az xərc tələb etməsidir.Həftəsonları Bərdədə təşkil olunan maşın bazarından videoreportajını təqdim edirik: