Karantin qaydalarını pozan 10 nəfər cərimələndi – VİDEO

0
371

Cəlilabadda son iki gündə sərtləşdirilmiş karantin rejiminin pozulması halları müşahidə olunub.

Bununla əlaqədar 10 nəfər inzibati qaydada cərimələnib

Bundan başqa, rayonda dezinfeksiya işləri aparılıb. Prosesə Daxili İşləri Nazirliyinin, Daxili Qoşunların xüsusi təyinatlı texnikası, eləcə də, kommunal xidmətlərin balansında olan dörd suçiləyən maşın cəlb edilib.

Yol polislərinin nəzarəti altında rayonun mərkəzində və Göytəpə şəhərində küçə və prospektlər xüsusi kimyəvi məhlullarla yuyulub. Bununla yanaşı, şəhərin parklarında, yaşayış və inzibati binaların qarşısında dezinfeksiya işləri aparılıb. Şəhərdə dezinfeksiya tədbirləri xüsusi qrafik əsasında həftədə dörd gün olmaqla həyata keçirilir.

Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərləri və Abşeron rayonunda iyunun 21-dən iyulun 5-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.