Tərtərin icra başçısından koronavirusa yoluxma xəbərləri ilə bağlı AÇIQLAMA –FOTO

0
611

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir sıra xəbər portallarında və sosial şəbəkələrdə COVID-19 virusuna yoluxması barədə yayılan xəbərləri təkzib edib.

Bu barədə icra başçısının özü Qarabağ mərkəzinə bildirib.

M.Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Hazırda dövlətimə və cənab Prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən, xalqa xidmət edirəm”.

Qeyd edək ki, Tərtər rayonundan olan deputat Sahib Alıyev koronavirusa yoluxub.

18:49