Kuba turistlərin qəbuluna başlayır

0
338

Kuba hökuməti iyulun 1-dən etibarən turistlərin ölkənin şimal və cənub şərq ərazisində yerləşən beş adada istirahət etməsinə icazə verib.

Lakin turist səfərinə hazırlaşanların koronavirus testindən keçməsi məcburi olacaq. Bundan savayı, istirahət edən insanların hərəkət trayektoriyası da məhdudlaşdırılacaq.

Ölkənin bütün ərazisinin turistlər üçün üçüncü mərhələdə açılacağı bildirilir.

Qeyd edək ki, Kubada 2 295 şəxsin koronavirusa yoluxduğu aşkar edilib. 85 xəstə pandemiyanın qurbanı olub.