Koronavirusa görə bəzi dərmanların qıtlığı yaranıb – VİDEO

0
376

Koronavirusun müalicəsində effektli olduğu deyilən dərmanlara tələbat artıb.

Həkim Mətanət Cəfərova bildirib ki, bu dərmanlar daha çox parasetamol, vitamin D, vitamin C və eyni zamanda, virus əleyhinə təsir göstərən müəyyən qrup preparatlardır.

O qeyd edib ki, bu və digər dərmanlara tələbatın artması, insanların daha çox bu preparatları alması onların tükənməsinə səbəb olub. Bəli, hazırda əksər apteklərdə bu dərmanların qıtlığı müşahidə olunur. Hətta tapmaq belə mümkün deyil.

Əczaçı isə bildirib ki, “parasetamol” yoxdur, gəlmir, amma tələbat çoxdur: “Virus əleyhinə olan “arbidol” da çox alınır, ona da tələbat artıb. Bəlkə gün ərzində 20 adam bizdən “arbidol” soruşur. Çünki son vaxtlar onun qutusunun üzərində koronavirusun şəkili var idi. Camaat onu konkret koronavirus üçün bilir”.

Həkimlərin sözlərinə görə, koronavirusun simptomlarını hiss edən şəxslər əsasən parasetamoldan istifadə edirlər. Arbidol isə virusa qarşı mübarizdə effektli olduğu üçün insanlar daha çox onu axtarır.