Deputatlar ötən ilin büdcəsinin icrasına “hə” dedilər

0
426

Milli Məclisin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrası barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihə barədə məlumat verib.

O bildirib ki, deputatların təklifləri daha çox 2021-ci ilin dövlət büdcəsinin necə olacağına hesablanıb.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.