Hindistanın Şansi şəhərində yerləşən parklardan birində baş vermiş hadisə ətrafda yaşayan sakinləri qorxuya salıb.
İstirahət məkanında quraşdırılan trenajor öz-özünə hərəkət etməyə başlayıb.
Hadisə yerinə çağırılan polislər idman qurğusunun kənar müdaxilə olmadan hərəkət etməsinin səbəblərini araşdırıb.
Məlum olub ki, burada hansısa anomaliyadan söhbət getmir.
Trenajora sürtkü yağı çəkilib və idman qurğusu bu səbəbdən bir müddət kənar müdaxilə olmadan hərəkət edib.