Koronavirus HSBC-ni “vurdu“: 35 min əməkdaş işdən çıxarılır

0
450

HSBC bankı 35000 əməkdaşını işdən çıxarmağı planlaşdırır.

Bank hələ mart ayında işçiləri ixtisar etməyə hazırlaşsa da, COVID-19 epidemiyasının tüğyan etdiyi dövrdə əməkdaşların işdən çıxarılmasının yanlış olacağı qənaətinə gəlmişdi.

Bankın CEO-su Noel Quinn gəlirlərin azalması və iqtisadi proqnozların çətinləşməsi səbəbilə proqramı yenidən nəzərdən keçirdiklərini qeyd edib.