Koronavirusa yoluxan Yelena Zelenskaya xəstəxanaya yerləşdirildi

0
368

Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya xəstəxanaya yerləşdirilib.

Bir neçə gün əvvəl Y.Zelenskayanın koronavirus testi müsbət çıxmışdı.

“Hazırda Yelena Zelenskayanın COVID-19 diaqnozu belədir: ikitərəfli, orta ağırlıqlı poliseqmental pnevmoniya. Tənəffüs çatışmazlığı – 0. Oksigenə ehtiyacı yoxdur. Vəziyyəti sabitdir”, – deyə məlumatda bildirilir.