Hande Harmancı yayılan şəkillərlə bağlı açıqlama verdi: Buna görə sizdən üzr istəyirəm

0
366

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancının sosial mediada paylaşdığı və mənfi reaksiyaya səbəb olan şəkilləri ilə bağlı məsələyə münasibət bildirilib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən  bildirilib ki, sosial mediada paylaşılan şəkillər və video iyunun 13-də çəkilib:

“COVİD-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.

İyunun 13-də həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib. Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm. Görəcəyimiz işlər hələ çoxdur. Sizin dəstəyinizə çox ehtiyacımız var. Pandemiyanın öhdəsindən yalnız birlikdə gələ bilərik”.