Daha bir ölkə koronavirusa qalib gəldi

0
438

Tunis koronavirusa qalib gəlib. Belə ki, ölkədə koronavirusa yeni yoluxma halları, demək olar, qeydə alınmayıb.

Bu barədə ölkənin Baş Naziri Elis Fahfah yerli telekanalın efirində deyib.

“Biz bu böhrandan sağlamlıq haqda həqiqətən də vacib nəticələr və az zərərlə çıxdıq”, – “Anadolu Agentliyi” hökumət başçısının sözlərini sitat gətirir. O qeyd edib ki, iyunun 27-də ölkə sərhədlərini açacaq. Bundan əlavə, Baş Nazir bildirib ki, pandemiyanın başladığı vaxtdan indiyədək 25 min tunisli ölkəyə qayıdıb.

Qeyd edək ki, Tunisdə koronavirusa ilk yoluxma halı martın 2-də qeydə alınıb. “Worldometer”də iyunun 15-nə olan məlumata görə, Tunisdə 1 096 yoluxma, 49 ölüm halı baş verib, 998 pasiyent sağalıb