Dünyada koronavirusa yoluxanların sayı səkkiz milyonu keçdi – STATİSTİKA

0
346

Dünyada koronavirusa yoluxanların sayı səkkiz milyonu keçib.

Virusdan 435 848 nəfər ölüb, 4 134 702 nəfər sağalıb.

Qeyd edək ki, COVID-19-un ən çox müşahidə edildiyi ABŞ-da virusa 2 162 228 nəfər yoluxub, bunlardan 117 858 nəfəri ölüb, 870 050 nəfəri sağalıb.

Azərbaycanın sərhəd qonşusu Rusiya virusa yoluxanların sayına görə ölkələr arasında 537 210 yoluxma halı ilə üçüncü, İran 187 427 yoluxma halı ilə 10-cu, Türkiyə 178 239 yoluxma halı ilə 11-ci sıradadır.

Digər qonşularımız Ermənistan 17 064 yoluxma ilə 50-ci, Gürcüstan isə 879 yoluxma ilə 124-cüdür.

Azərbaycanda COVID-19-a 9 957 yoluxma halı qeydə alınıb. Ölkəmizdə koronavirusa yoluxanlardan 5 583 nəfəri sağalıb.