Atatürk Fatehin 5 əsrlik qərarını dəyişib? – Sərt açıqlama

0
366

Mustafa Kamal Atatürkün Aya Sofya məscidinin muzeyə çevrilməsində rolu olduğu haqda deyilənlər rəzil bir yalandır.Bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı deyib.

“Belə bir absurd iddia səsləndirməyə heç kimin haqqı yoxdur. Atatürk təkcə Aya Sofyanın həyətində muzey yaradılmasına icazə verib. Fatih Sultan Məhməd 1453-cü ildə İstanbulu fəth edəndən sonra buranı məscid edib.

Bizim fikrimiz isə qətidir: kimin nə deməsindən asılı olmayaraq, Aya Sofya məscid kimi fəaliyyət göstərməlidir. Mühüm olan millətimizin nə dediyi, əcdadlarımızın nə istədiyi və Allahın nə əmr etdiyidir”, – Baxçalı bildirib.

Qeyd edək ki, son günlər Türkiyə mediasında Aya Sofyanı muzeyə Atatürkün çevirdiyi haqda xəbərlər yayılıb.