Türkiyədə tikintisi davam edən hotel çöküb: Ölən və yaralanlar var

0
352

Türkiyənin Ordu vilayətinin Altınordu rayonunda tikintisi davam edən hotel binası çöküb. Hadisə nəticəsində işçilərdən biri həlak olub, səkkizi yaralanıb.

Hadisə ilə bağlı Ordu Valiliyindən açıqlama verilib.

Məlumatda çökmənin binaya beton tökülməsi zamanı baş verdiyi bildirilir. Hadisənin meydana gəldiyi bölgəyə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), polis və təcili tibbi yardım briqadalarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başladılıb.