Rusiyada təyyarə qəzası: Ölənlər var

0
436

Rusiyanın Samara vilayətində “Yak-52” yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər – təlimatçı və kursant həlak olub.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Samara regional mərkəzi məlumat yayıb.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

Hadisə ilə bağlı araşdırma aparılır.