Şərqi Azərbaycanda koronavirusla bağlı vəziyyət qırmızı kateqoriyaya aid edildi

0
407

İranın Səhiyyə və Tibbi Təhsil Nazirliyinin sözçüsü bildirib ki, koronavirusun yenidən yayılması ilə əlaqədar, Şərqi Azərbaycan vilayəti ölkənin bir sıra digər əyalətləri ilə birlikdə qırmızı kateqoriyaya daxil edilib.

Bu günlərdə Şərqi Azərbaycan vilayətinin yerli məmurları vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin vacibliyi barədə bir daha xəbərdarlıq ediblər.

Qeyd olunur ki, son vaxtlar insanların sosial məsafə qaydasına etinasızlığı vilayətin adını ən təhlükəli əyalətlər sırasına daxil edib.

Misal üçün, ötən həftə toy mərasimlərində Xudafərin şəhərində 10 nəfər, Mərənd rayonunda isə daha çox insan COVID-19-a yoluxub.

İRNA-nın müxbirinin Təbriz şəhərinin müxtəlif yerlərində apardığı müşahidələr göstərib ki, cümə günü şəhər əhalisi koronavirus adlı çağırılmamış və ölümcül qonağı tamamilə unudaraq, pandemiyadan əvvəlki günlərdə olduğu kimi, parklarda və başqa istirahət məkanlarında dincəliblər.