2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən beş məktəbdə əsaslı təmir işləri aparılıb.
Qurumdan verilən məlumata görə, iki məktəbin köhnə binasının sökülərək tikintisi, bir məktəbin isə bütövlükdə sökülərək yenidən tikintisi tamamlanıb.
Zəruri olan ərazidə bir yeni məktəbin tikintisi tamamlanaraq istifadəyə verilib.
Qeyd olunur ki, bir məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, iki məktəbin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi davam edir. Daha bir məktəb üçün əlavə korpus tikilir.
Həmçinin, ehtiyac olan ərazilərdə yeddi yeni məktəbin tikintisinə başlanılıb. Eləcə də, 109 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.