Rayonlara getməyə cəhd edənlər geri qaytarılacaq – AÇIQLAMA

0
523

Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun bəzi sakinləri sərtləşdirilmiş karantin rejimi tətbiq olunmazdan əvvəl digər rayonlara getməyə cəhd göstərirlər”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, adıçəkilən yerlərin sakinləri bunu nəzərə almalıdır:

“Onlar postlardan geri qaytarılacaq”.