ÜST: Dünyada koronavirusa yoluxanların sayı 128 mindən çox artıb

0
341

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 128 mindən çox artıb.Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 11-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 128 419 nəfər yeni koronavirusa yoluxub, 5 347 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 7 273 958, ölənlərin isə 413 372 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb – 3 485 245 yoluxma və 189 544 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 339 145, ölənlərin sayı isə 186 326 nəfərə çatıb

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 696 841 yoluxma və 15 581 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.