“Twitter” Rusiya, Çin və Türkiyə ilə əlaqəli olduğu iddia edilən 32 mindən çox hesabı bağlayıb

0
389

“Twitter” administrasiyası Rusiya, Çin və Türkiyədən olan istifadəçilərlə əlaqəli olduğu iddia edilən 32 mindən çox hesabı bağlayıb.

Məlumata əsasən, 32 242 hesab bağlanıb, bu hesablar adından paylaşılan materiallar sosial şəbəkədən silinib. “Twitter”in nümayəndələri iddia edir ki, bağlanan bütün hesablar adıçəkilən ölkələrin səlahiyyətliləri ilə əlaqəli olub və “informasiya əməliyyatlarında” iştirak ediblər. Qeyd edilir ki, bu, sosial şəbəkənin qaydalarına ziddir.

Bildirilir ki, bağlanan 23 750 hesab Çindən olan istifadəçilərlə, 7 340 hesab Türkiyədən olan istifadəçilərlə, 1 152 hesab isə Rusiyadan olan istifadəçilərlə əlaqəli olub. Sosial şəbəkənin administrasiyası iddia edir ki, hesablar guya bu ölkələrin hakimiyyətləri üçün faydalı olan materialların yayılması üçün istifadə edilib