Ukrayna müstəqilliyini 5 milyarda satır?

0
496

Kiyev hakimiyyəti BVF ilə olduqca ağır şərtlər altında kredit müqaviləsi imzalayıb.

Bu sözləri Ukraynanın Batkivşina Partiyasının lideri Yuliya Timoşenko deyib.

“Bu gün baş verənlər ölkənin, dövlətin, onun idarəetmə sisteminin müstəqilliyinin itirilməsi ilə nəticələnir”, – deyə partiya lideri bildirib.

Qeyd edək ki, BVF Ukraynaya 18 ay müddətinə 5 milyard dollar həcmində maliyyə yardımının ayrılması barədə qərar verib.