SOCAR Rumıniyada beş YDM icarəyə götürmək niyyətindədir

0
438

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı törəməsi “SOCAR Petroleum SA” “IPECO S.A” şirkətinin Qorj ətrafında istismar etdiyi beş yanacaqdoldurma məntəqəsini (YDM) icarəyə götürməyi planlaşdırır.

Hazırda qurum müqaviləni nəzərdən keçirir.

Əgər müsbət cavab olarsa, “SOCAR Petroleum SA” sözügedən beş YDM-ni uzunmüddətli əsasda icarəyə götürəcək.

Qeyd edək ki, 2011-ci ildən etibarən SOCAR Rumıniyada törəmə şirkəti – “SOCAR Petroleum SA”nı təsis etməklə SOCAR brendi altında yanacaqdoldurma məntəqələri vasitəsilə ölkə ərazisində neft məhsullarının topdan və pərakəndə satışına başlayıb.

Rumıniyanın şimalında ilkin olaraq 12 yanacaqdoldurma məntəqəsi ilə bazara daxil olan şirkət hazırda ölkənin bütün ərazisini əhatə etməklə, 45 YDM-dən ibarət şəbəkəyə malikdir.

Xatırladaq ki, aprel ayında şirkətin Arad, Tmiş və Sibiu ətrafında altı yanacaqdoldurma məntəqəsini 10 illik icarəyə götürməsi barədə saziş təsdiqlənmişdi.