Bakının daha bir rayonunda su problemi həllini tapdı – AÇIQLAMA

0
345

Bakının Xətai rayonu ərazisində sakinlər su problemindən şikayət edir.

Bu barədə sakinlər tərəfindən məlumat verilib

Söhbət rayonun Nəsirəddin Tusi 31, Kənd Əhmədli ərazilərindən gedir.

Ərazidə dünəndən suyun verilişində məhdudiyyətlər olduğu bildirilib.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı  açıqlamasında bildirib ki, sözügedən ərazilərdə hazırda heç bir problem yoxdur:

“Sözügedən ərazilərə rejimlə içməli suyun verilməsi təmin edilir. Su anbarında nasoslar səhər saat 06:00-da işə salınır. Ola bilər ki, bəzi binalara suyun qalxması zaman alsın, amma bu dəqiqə həmin ərazilərə normal təzyiqlə su verilir”.