Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək – FOTO

0
465

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin videogörüşü keçirilib.

Görüşdə BMT Ətraf Mühit Proqramının Avropa üzrə Regional ofisinin direktoru Bruno Potsi, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının” Müvəqqəti Katibliyinin regional koordinatoru Mahir Əliyev iştirak edib.

Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin ətraf mühitinin qorunması istiqamətində ölkələr tərəfindən görülmüş işlərin müzakirəsi və pandemiya dövründə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsinin aparılması olub.

Tədbirdə Xəzər dənizinin çirklənmədən qorunması, su bioloji resursların azalmasının qarşısının alınması, dənizdə birgə elmi tədqiqatların aparılması və digər məsələlər müzakirə edilib. Həmin sahələrdə birgə səylərin və əməkdaşlığın vacibliyi vurğulanıb. Həmçinin, Konvensiyanın növbəti Tərəflər Konfransının Bakıda keçirilməsi razılaşdırılıb.