Azərbaycanda ən ucuz və ən bahalı itlər – ARAŞDIRMA

0
378

Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədovun həftəsonu qapanma günlərində insanlara itləri gəzdirməyə icazə verilməsi ilə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bir çoxları yarızarafat, yarıciddi it alacaqlarını bildirib.

Elan saytlarından məlum olur ki, itlərin qiyməti cinsinə və yaşına görə dəyişir.

Belə ki, ən ucuz itlərin qiyməti 10 manatdan başlayır. Bunlar, əsasən, bala itlərdir.

Ən bahalı isə alman ovçarkası cinsindən olan itdir ki, qiyməti beş min manatdır. Bundan başqa, 3500-4000 manata müxtəlif cinsli itlər də satılır.