Rasim Məmmədovdan deputata xatırlatmalar

0
517

“İtsürüsü” ifadəsinin müəllifi deputat Fazil Qəzənfəroğluna!
2005-ci il idi, əlvan metalların tədarükü, emalı və satışı üzrə orta sahibkarlıq fəaliyyəti ilə məşgul olurdum. Eyni zamanda sosial məsuliyyət daşıdığımızın fərqində olub 2003-cü ilin 15-16 oktyabr hadisələrdən dərhal sonra Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyini təsis etmişdim: iki il qızğın fəaliyyət göstərməyimizə baxmayaraq, 2005-ci ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatından keçdik. Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov küçəsində yerləşən Müəllimlər İnistitunun 1-ci mərtəbəsində gözəl, müasir 120kv/m sahəsi olan ofisi təmir etdirdik, rəsmi müqavilə baglayıb gündəlik işlərimizi davam etdirirdik!Adətən metal işləri ilə daha çox Naxçıvan bölgəsındən olanlar məşğul olurdular.
Bir gün, yəni 2005-ci il Parlament seçkiləri ərəfəsində Fazil Qəzənfəroğlu namizədliyi ilə bağlı bizə – şəxsən mənə müraciət etdi. Yaddaşım aldatmırsa, real namuzədlərlə münasibətlər qurmaqoa bağlı təşəbbüslər mənim tərəfimdən qaldırılmışdı.
Fazil bəy o zaman xahiş etdi ki, məhələdə – 9 mərtəbəli 4-5 binanın hər hansı birində seçkilərdən onun namizədliyi xeyrinə səs almaq ücün məhəllədə metal işi ilə məşgul olan Fazil bəyin həmyerlilərindən xahiş edək. Çünki bu fəaliyyətlə məşğul olan coxlu sayda müxtəlif bölgənin sakinləri bizə, şəxsən də mənə böyük hörmətlə yanaşar, yaxın dostluq əlaqələri saxlayırdılar.
Yadımdadır, o zaman Fazil bəy ofisimizə ag rəngli “Daevo-Neqsiyya” avtomaşınla xahişə gəlmişdi. Mən şəxsən səhərisi gün o ərazidə yaşayan 3 Naxcıvanlı və bir nəfər Zəngilandan olan dostumla görüşüb bu mövzu ilə əlaqədar söhbət açanda onlar daş atıb başın tutdular. Səbəbini soruşanda, dedilər ki, keçən dəfə, yəni 2000-ci il seçkilərində yaşadıqları binanın sakinlərinə Fazil bəy söz veribmiş ki, həyətdə böyük təhlükə və epidemiya yaradan “ZİBİLXANA”nı – daha çox onun özünün yaşadıgı girişə yaxın üfünət mənbəyini yıgışdırtdıracaq!
Lakin bu günə, yəni həmin o növbəti seçkiyə kimi (2005-ci ilə) bir dəfə də oradan zibilləri nəinki yıgışdırmaq, heç kütləvi daşınmanı da təmin edə bilməyib.
Səhv etmirəmsə, dostlarımın bildirdiyinə görə, Fazil bəyin qardaşı da məndən əvvəl onlara eyni xahişlə müraciət edib. Məhəllə sakinlərinin ona da qəti cavabı olub: utanmırsız, ötən seçkilər ərəfəsində də söz verdiniz biz həmyerlilərinizə , yerinə yetirmədiniz: “Bizi də Azərbaycanımızın bütün bölgəsindən olan sakinlərin yanında diliqısa etdiniz!”
Dostlarımın və bina sakinlərinin bu kəskin cavabından sonra məhz əlacsız qaldıqlarından, mənə müraciət olunmuşdu.
Məsləhətləşəndən sonra qərara gəldim ki, Fazil bəyə dəstək olum və eyni zamanda sakinlərin də müraciəti öz həllini tapsın! Öz vəsaitim hesabıma və mənim Naxcıvanlı seçici dostlarımın dəstəyi ilə oranı təmizlətdirdik ki, insanların üzünə dik baxa bilək.
Düşündük ki, depitat seçiləcək Fazil bəy də oranın yenidən zibillə aşıb-daşmaması ücün axşamlar yaşadığı evinə gələndə, biganə qalmayacaq, şəhər mənzil təsərrüfatı rəhbərlərin nəzərində nəzarətdə saxlatdıracaq. Yəni ki, bura zibillə aşıb-daşıb xəstəlik epidemiyası yaratmayacaq.2006-2007-ci ildə, məndən öncə, övlad faciəsi yaşayan zaman Fazil bəyin yanına başsağlığına gedəndə, yas çadırında fikir verdim: zibilxana yenə üfunət iyi və zibil sahəsi şişib epidemiya yaradacaq vəziyyətdə olduğunun fərqində oldum! Təssüfləndim!
“Dostum” Fazil bəy, bizləri – Allaha ürəkdən inanan sadiq bəndələrini namaz qılan “İT SÜRÜSÜ” adlandırmasaydın və xalqın qəhrəmanlar dünyaya gətirən anasına “DOVŞAN” deyən istər polis olsun, istərsə də atası və “qayınpapa”sı başçılarını dəstəkləməyin məni vadar etdi ki, mən o “ZİBİLXANA” əhvalatını yadına salım!
Bir az geniş və mərhəmətli düşünməyinə dəyər: ölkə daxilində və xaricindən alınan sifarişlərlə deyil, ürəyinin və vicdanının səsi ilə mövqeyləri ortaya qoyun! Axı siz “millət vəkili” və partiya rəhbərisiz!!!

 

Rasim Məmmədov,

İctimai Nəzarət Koalisiyası İH-nın sədri, DAMM İB-nin l vitse-prezidenti, SİM İB-nın rəhbəri.