İlham Əliyev Bakıda imzalanmış iki sazişi təsdiq etdi

0
431

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında 2020-ci il martın 11-də Bakı şəhərində imzalanmış iki sazişi təsdiq edib.

Birinci saziş Azərbaycanın Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycandakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqındadır.

İkinci sənəd isə Azərbaycanla Türkmənistan arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli sazişə dəyişikliklər və əlavələr edilməsi barədədir.