Azərbaycan bir milyon avroluq dələduzluqda təqsirləndirilən türkiyəli iş adamını axtarışa verdi – FOTO

0
458

Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində axtarış elan edib.

Məlumatda qeyd olunur ki, Ali Osman Kutanoğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinir.

Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına qarşı dələduzluq etməkdə və onları şəxsi həyatları ilə bağlı şantaj etməkdə şübhəli bilinərək, 2017-ci ilin iyulunda İstanbulda saxlanılıb.

Məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən Ali Osman Kutanoğlu istintaq təcridxanasına göndərilib. O, təxminən 1 ay sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına qarşı ümumilikdə 1 milyon 240 min avro dələduzluq edib.