Hindistanın Çinə qarşı hərbi hazırlıq görüntüləri yayıldı – VİDEO

0
438

Hindistan Çinlə arasındakı sərhədə hərbi maşınlar yerləşdirib.

Bu barədə “Son Çin xəbərdarlığı” “Telegram” kanalında video yerləşdirilib.

İlkin ehtimala görə, kadrlar Yeni Dehlinin Pekinlə hərbi qarşıdurması ilə əlaqədardır.

İndi dünyanın ən çox əhalisi olan iki ölkə – Hindistan və Çin şərti bir xəttlə bölünür – “MacMagon Line” (1914-cü ildə bu sərhədi təklif edən Britaniya Hindistanı Xarici İşlər Katibinin adını daşıyır). Hindistan və Dalay Lama hökuməti (Tibet dövlətinin həqiqi lideri) mövcud sərhədi tanıyıb, Çin isə 1959-cu ildə rəsmi diplomatik notada bildirildiyi kimi tanımayıb.

Bundan sonra problemi həll etmək üçün dəfələrlə cəhdlər edilib: 1993 və 1996-cı illər arasında iki Çin-Hindistan müqaviləsi uğursuz olub. Sərhəd bölgəsinin iki hissəsi mübahisəli olaraq qalır. Biri Kəşmirin şimal-şərq hissəsində, ikincisi Arunaçal Pradeşin şimalında.

Cənubi Çin dənizindəki adalar Çin, Tayvan, Malayziya, Filippin, Bruney və Vyetnam arasında mübahisəli ərazilərdir. Ən gərgin vəziyyət Skarboro Rifi ətrafı, həmçinin neft və qazla zəngin olduğu güman edilən cənubi Spratli arxipelaqıdır. Dünya ticarət trafikinin 40 faizi Cənubi Çin dənizindən keçir və Çin neft-qaz idxalının 80 faizi buradan daşınır.