BMT-dən pandemiya xəbərdarlığı: Aclıq…

0
612

Təcili tədbirlər görülməzsə, koronavirus pandemiyası səbəbindən qlobal ərzaq fəlakəti ilə üzləşə bilərik.

Bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, pandemiya ən müdafiəsiz cəmiyyətlər üçün ciddi fəlakətə çevrilə bilər:

“Bir neçə ölkə indidən çətinliklər yaşayır. Pandemiya başlamadan əvvəl yüz milyonlarla insan aclıq çəkib, kifayət qədər qidalanmırdı. Humanitar yardım çərçivəsində strateji önəm daşıyan qida növləri maneəsiz şəkildə ünvana çatdırılmalıdır”.

Quterreş əlavə edib ki, hazırda dünyada 49 milyondan çox insan hədsiz yoxsulluq dərəcəsində yaşayır.