Əhaliyə təcili yardım xidmətlərinə müraciətlə bağlı XƏBƏRDARLIQ

0
545

“Həftəsonu sərt karantin rejimində təcili tibbi yardım xidmətinə müraciətlər kəskin artmışdı. Biz bunu gözləyirdik”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr bildirib ki, apteklər bağlı olduğu üçün təcili yardıma müraciətlər çoxalıb:

“Bundan sui-istifadə halları da var idi. Vətəndaşları bu barədə anlayışlı olmağa çağırıram. Belə sui-istifadə hallarına yol verildikdə, digər vacib xəstələr üçün gedişlər gecikir.

Vətəndaşlarımız xroniki xəstəliklərini bilirlər və buna uyğun əvvəlcədən dərmanlarını ala bilərlər. Eyni zamanda, uşaqlar üçün hərarəti aşağı salan dərmanları, o cümlədən, reseptsiz satılan preparatları ala bilərlər”.