Azərbaycanda Prezident Administrasiyasının 19 əməkdaşı koronavirusa yoluxdu – RƏSMİ

0
607

“Dövlət strukturlarında da koronavirusa yoluxma halları baş verib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeddi nəfər COVID-19-a yoluxub:

“Prezident Administrasiyasının 19 əməkdaşı koronavirusa yoluxub. Onlardan 14 nəfəri İşlər İdarəsinin əməkdaşıdır. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin beş əməkdaşında koronavirusa yoluxma halı müşahidə olunub”