Azərbaycan vətəndaşları Dağıstanda aclıq aksiyası keçirir – VİDEO

0
407

Azərbaycan vətəndaşları beşinci gündür ki, Dağıstanın Qullar kəndində aclıq aksiyası keçirirlər.

“Evə istəyirik!” şüarı altında keçirilən aksiyada 60-a yaxın şəxs iştirak edir.

Rəsmi Bakının COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərini bağlamasından sonra Dərbənd rayonunda 870 nəfərdən çox azərbaycanlı qalıb. Onların əksəriyyəti çadır şəhərciyində və yerli hotellərdə yerləşdirilib. Yüzlərlə şəxs isə sərhəd yaxınlığında icazəsiz düşərgə salaraq orada qalır.

Müsahibə verən vətəndaşlarımızdan biri Şakir Quliyev iki aydan çoxdur burada qaldığını söyləyib.

Sərhəddə qalan digər soydaşımız Malik Xudaverdi isə bildirib ki, hər həftə 130 nəfər vətəndaşımız Azərbaycana buraxılır.

“Çadırlar qurulub, amma artıq yer yoxdur. 300 nəfər yerləşə bilər, əlavə yer isə yoxdur”, – deyə M.Xudaverdi qeyd edib.

Sərhəddə insanlar istidən və antisanitariyadan əziyyət çəkirlər. Son üç ayda Azərbaycan ilk növbədə qadınlar və uşaqlar olmaqla, vətəndaşlarını cəmi üç dəfə qəbul edib.