Azərbaycanda dövlət qurumunun əməkdaşları koronavirusa yoluxdu – VİDEO

0
337

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı məlumat verib.

O bildirib ki, şöbənin rəhbəri İrşad Həsənov və 6 əməkdaşında koronavirus (COVID-19) testinin nəticələri pozitiv çıxıb: “Onların vəziyyətləri stabildir, müalicələri davam etdirilir, səhhətlərində ağırlaşma yoxdur”.

Nazirlikdən bildirilib ki, həmin şöbədə COVID-19-a qarşı dezinfeksiya işləri həyata keçirilib.