“Ata, necə olur, Türkiyədə vətəndaşlar polisə su verirlər, bizdə isə…?!”

0
476

“…Polis evdə qal deyəndə insanlar yüksək binalardan zibil atırlar?”
 
“Polis və dövlət qurumları vətəndaşın sağlamlığı üçün bu formatı seçib”
 
“Vətəndaş da anlamalıdır ki, məhz indiki qlobal pandemiya dövründə evdə qalmaqla həm dövlətə, həm özlərinə, həm də cəmiyyətə kömək etmiş olurlar”
Şənbə və bazar günləri ölkəmizdə hərəkətin tam məhdudlaşması bir çox hadisələrin yaşanmasına səbəb oldu. Bəzi vətəndaşlar qaydalara məhəl qoymadığı üçün cərimləndilər. Amma polis-vətəndaş qarşıdurmasına daha çox rast gəldik.
2 gün ərzində polislərimizin bir çox örnək addımları atıldığının şahidi olduq. Buna baxmayaraq, qaydaları heçə sayıb bütövlükdə cəmiyyət üçün təhlükəli durum yaradanlar da oldu. Belə şəxslərin məqsədlərinin nə olduğu isə bəlli deyil. Onlar, sanki, kimlərəsə nəyisə sübut etmək üçün bu cür addımlar atırlar.
Hər zaman dövlətimizin vətəndaşların sağlamlığı keşiyində durduğunu deyən kulturoloq Aydın Xan Əbilov “Sherg.az”a açıqlamasında bildirib ki, bəzən vətəndaşlar bunu dərk etmək istəmirlər.
Kulturoloq bildirib ki, dövlət müəyyən qadağalar qoymaqla ümumi yoluxmanın sayını azaltmaq və statistik məlumatlar əldə etmək üçün bir format düşündü:
“Amma təəssüf ki, vətəndaşlarımızın bəzisi dövlətin bu formatına qarşı sanki bilə-bilə sabotajlar yaratmağa çalışdılar. Bunlara qəti şəkildə etiraz edirik və həmin şəxsləri qınayırıq. Polis və dövlət qurumları vətəndaşın sağlamlığı üçün bu formatı seçib. Vətəndaş da anlamalıdır ki, məhz indiki qlobal pandemiya dövründə evdə qalmaqla həm dövlətə, həm özlərinə, həm də cəmiyyətə kömək etmiş olurlar. Təəssüf ki, bir çox vətəndaş polislə bilə-bilə qarşıdurmaya gedirlər. Sanki “polisdən qorxmuram”, “qadağaları heçə sayıb evdən çıxıram” deyib, özlərini başqalarına göstərmək istəyirlər. Halbuki şənbə və bazar günü onsuz da iş günü deyildi. Əksər insan yayın istisində ya rayonlara istirahətə gedir, ya da evin içində dincəlir”.
A.X.Əbilov qeyd edib ki, vətəndaşlıq məsuliyyətini anlamayan bir çoxları polislə qarşıdurmaya getdilər:
“Yaşayış binalarında baş verən hadisələr zamanı oğlum maraqlı bir söz dedi. Söylədi ki, “ata, necə olur, Türkiyədə vətəndaşlar polisə su,yemək verirlər, amma bizdə polis evdə qal deyəndə insanlar yüksək binalardan zibil atırlar?”. Cavabında nə qədər acı olsa da bir söz dedim: “Məhz belə etdiyimizə görə, vaxtilə torpaqlarımızı şəhər-şəhər, rayon-royon vermiş olduq”. O zamanlar ümumi dövlət qurumlarının sözünə baxıb, tələblərini yerinə yetirsəydik, torpaqlarımız işğal olmazdı. Qarabağda baş verən işğal bugünkü həyatda baş verənlərlə oxşardır. Ona görə də, ictimai qınağı gücləndirməliyik. Hər bir vətəndaş ictimai məsuliyyətini dərk etməlidir”.