Gizli xəstəlik yayıldı – Yüzlərlə insan naməlum səbəbdən ölür

0
458

Qərbi Afrika ölkəsi Nigeriyanın Kano əyalətində 5 həftə ərzində gizli xəstəlik səbəbilə 979 nəfər dünyasını dəyişib.

Ölkənin Səhiyyə naziri Osaki Ehanir mətbuat konfransında bu barədə danışıb.

Onun sözlərinə görə, ölənlər arasında səhiyyə işçiləri və dövlət qurumlarının əməkdaşları da var.

Ehanir bildirib ki, əyalətdə 3 gün ərzində 150 nəfərin ölməsindən sonra bölgəyə briqada göndərilib. Araşdırma nəticəsində məlum olub ki, ölənlərin əksər hissəsi 65 yaşdan yuxarı şəxslərdir. Onların yalnız 50%-də koronavirus aşkarlanıb.

Qeyd edək ki, Kano hökuməti daha öncə gizli xəstəliyin COVİD-19 olmadığını bildirmişdi. Ölümlərin hipertoniya, diabet, meningit və qızdırma kimi müxtəlif xəstəliklər səbəbilə baş verdiyi qeyd olunmuşdu.

Hökumət epidemiyanın qarşısını almaq üçün əyalətdə küçəyə çıxma qadağası elan etmişdi.

Son rəqəmlərə görə, Nigeriyada 12 min 486 nəfər koronavirusa yoluxub, 354 nəfər ölüb.