Abşeronda bina sakinləri qanunsuz qaz xətləri çəkdi – VİDEO

0
509

Abşeronda qanunsuz qaz qoşulmaları aşkar olunub.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

Bildirilib ki, rayonun Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1A ünvanında “R+R” MTK-nın inşa etdiyi binada qaz verilməyən mənzillərdə mavi yanacaqdan istifadə edildiyi müəyyən olunub.

İki blok, 66 mənzildən ibarət olan binanın 55 mənzilində yaşayış var. Onlardan yalnız 33 mənzildə qaz sayğacı quraşdırılıb.

Əraziyə baxış keçirilən zaman binanın fasad hissəsindən iki qanunsuz qoşulmanın olduğu aşkarlanıb. Bununla yanaşı, binada daha 10 mənzildə də belə halların mövcudluğuna ciddi əsaslar var.

Faktlarla bağlı araşdırma aparılır.