SON DƏQİQƏ: TƏBİB məlumat yaydı

0
484

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 6-na olan statistik göstəriciləri açıqlayıb.Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6478 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 334 863 test aparılıb. İndiyədək 84 nəfər Covid-19-dan dünyasını dəyişib, 4024 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 3131 nəfərdir. 113 nəfər reanimasiyada, 20 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 379 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 153 pasiyent sağalıb.