Paşinyan: “Ermənistan xəstəxanalarında koronavirusa yoluxanların hamısına yer yoxdur”

0
334

Ermənistanda epidemiyaya görə vəziyyət getdikcə pisləşir, tibb müəssisələri artıq bütün koronaviruslu xəstələri qəbul edə bilmirlər.

Ölkənin baş naziri Nikol Paşinyanın açıqlamasında deyib

“Pis xəbərim var. Epidemiyaya görə vəziyyət getdikcə pisləşir. Dünən koronavirusa 697 yeni yoluxma qeydə aldıq. Bu o deməkdir ki, artıq ehtiyacı olanların hamısını vaxtında xəstəxanaya yerləşdirə bilməyəcəyik”, – deyə, baş nazir “Facebook”dakı videomüraciətində bildirib.

O əlavə edib ki, hazırda ölkədə 20 minə yaxın şəxs koronavirus daşıyıcısısı olduğundan və başqalarını yoluxdura biləcəyindən bixəbərdir. Bunu nəzərə alaraq, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.

Ermənistanda koronavirusa qarşı mübarizə məqsədilə martın 16-dan iyunun 13-nə qədər fövqəladə vəziyyət elan edilib.