Pandemiya səbəbindən ləğv edilən Kann Film Festivalı rekorda imza atdı – 2067 film

0
372
CANNES, FRANCE - MAY 11: The Cannes sign is seen on May 11, 2020 in Cannes, France. The 73rd Cannes Film festival was due to start on May 12, but due to the coronavirus crisis, the festival has cancelled its physical edition for 2020. The festival will collaborate with the fall festivals such as Venice Film Festival. The Coronavirus (COVID-19) pandemic has spread to many countries across the world, claiming over 280,000 lives and infecting over 4 million people. (Photo by Arnold Jerocki/Getty Images)

 

Kann Film Festivalı koronavirus səbəbindən bu il mayın 12-dən 23-dək keçirilməsə də, festival işini ləğv etməyib.

Seçim komissiyası rekord sayda, yəni 2067 film qəbul edib.

Bunlardan 56-sı seçilib.

Ötən gecə bu siyahını Kann Film Festivalının Prezidenti Pyer Leskyur və rejissor Tyerri Fremo Saray Festivallarının boş kinoteatrında elan ediblər.

73-cü Kann Film Festivalının proqramının hissələrə (“Əsas müsabiqə”, “Xüsusi görünüş”, “Rəqabət xaricində”, “Xüsusi sessiyalar”) bölünməməsi qərara alınıb.

Bundan əlavə, “Kann 2020”də iştirak edən filmlər payız və qış film nümayişlərində festivalın monoqramları ilə qeyd olunacaq.

İştirakçıların siyahısına Fransua Ozonun “85-ci ilin yazı”, Pit Doktorun “Qəlb”, Tomas Vinterberqin “Başqa bir dövrə”, Asa ga Kuru Naomi Kavase, Ues Andersonun “Fransız dispetçeri”, Conatan Nossiterin “Sonuncu sözlər”, Viqqo Mortensenin “Yıxılma”, Daniel Arbidin “Sadə ehtiras” və digər filmlər daxil edilib. “Arbib” filmindəki əsas rolu aktyor Sergey Polunin canlandırıb.

Tyerri Fremo çıxışında bildirib ki, seçilən 56 filmdən 16-sı, demək olar ki, üçdə bir hissəsi qadınlar tərəfindən ekranlaşdırılıb.

“Bunu müasir kinonun inkişafına qadınların artan töhfəsinin sübutu olaraq görürük”, – deyə T.Fremo bildirib.

O, rekord sayda debütantın və fransız filmlərinin sayının artdığını da qeyd edib (bu il siyahıda 21 fransız film var).