Çindən Britaniyaya sərt etiraz

0
317

Çin Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raabın Çinin Honkonq xüsusi inzibati bölgəsi ilə bağlı açıqlamasına görə Londona etirazını bildirib.Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien gündəlik mətbuat konfransında Böyük Britaniyanın Honkonq üzərində heç bir hüququ və nəzarəti olmadığını bəyan edərək, qanunverici orqanda Honkonqa dair qəbul olunmuş milli təhlükəsizlik qanununun Çinin daxili işi olduğunu və Böyük Britaniya da daxil olmaqla bütün ölkələrin Çinin işlərinə müdaxiləni dayandırmalı olduğunu deyib.

“Hazırda Britaniyanın Honkonq üzərində nə hüququ, nə də nəzarəti var”, – deyən Cao Licien əlavə edib ki, milli təhlükəsizlik qanunu “Bir dövlət, iki sistem” prinsipini, Honkonqun sabitliyini və inkişafını müdafiə etmək üçündür. Böyük Britaniya “Soyuq müharibə” və müstəmləkə düşüncəsindən əl çəkməli, beynəlxalq hüquqa uyğun olaraq Çinin daxili işlərinə müdaxiləyə son verməlidir.