2020-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16 milyard 870 milyon 300 min manat təşkil edib.
Bu barədə Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin icrasına dair rəyində bildirilib.
Dövlət borcu 2019-cu il üzrə ümumi daxili məhsula (ÜDM) nisbətdə 20,7 faizə bərabərdir. Adambaşına düşən ÜDM həcmi 8 100 manat, borc məbləği isə 1 687 manat təşkil edib.
Ümumi dövlət borcunun 15 milyard 454 milyon 700 min manatı xarici dövlət borcuna, 1 milyard 415 milyon 600 min manatı isə daxili dövlət borcuna aid olub.
Qeyd edək ki, 2019-cu ildə ölkənin ÜDM-i əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81 milyard 681 milyon manata çatıb.