Türkiyədə başına 1 milyon lirə qoyulmuş terrorçu TUTULDU

0
308

Türkiyə Daxili İşlər Nazirliyi daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Tunceli bölgəsinin Ovacık kəndində TKP/ML-TIKKO (Türkiyə Kommunist Partiyası/Marksist-leninçi) terror təşkilatının üzvü, adı “narıncı siyahı”da yer alan Hasan Ataşı zərərsizləşdirib.

Bildirilib ki, “Şerzan” kod adı altında fəaliyyət göstərən Hasan Ataşın üzərindən kalaşnikov tüfəngi və 2 əl qumbarası götürülüb.

Türkiyə dövlət qurumları onun tutulması üçün 1 milyon lirə pul mükafatı vəd etmişdilər.

Hazırda bölgədə əməliyyatlar davam etdirilir.