Gürcüstan erməni turistlər üçün sərhədləri açmayacaq

0
331

Gürcüstan öz sərhədlərini koronavirusun yayılma riski çox olan ölkələrdən, o cümlədən Ermənistandan gələcək turistlər üçün açmayacaq.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat yayıb.

Onun sözlərinə görə, turistlər, ilk növbədə, “yaşıl zona” ölkələrindən qəbul olunacaq.

Hazırda Gürcüstanın turizm departamenti bu istiqamətdə iş aparır. Koronavirusun yayılma riski az olan ölkələrlə müqavilə imzalanacaq. Turistlərin hansı test-yoxlamaların keçirilməsi prosedurları da hazırlanır.

Hər bir turist sərhədi keçməmişdən 48 saatdan gec olmayaraq, test-yoxlamadan keçməlidir.

Gürcüstan sərhədini keçərək ölkəyə daxil olduğu anda hər bir turist üzərində müşahidə aparılacaq

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın “təhlükəsiz dəhliz” vasitəsilə İsrail, Avstriya, Ermənistan, Çexiya və Ukraynadan turistlər qəbul edəcəyi barədə məlumat yayılmışdı.

Son günlər Ermənistanda koronavirusa yoluxanların sayının kəskin artması səbəbindən Gürcüstan bu ölkədən gələn turistləri qəbul etməyəcəyini bildirir.

Qeyd edək ki, iyunun 1-dək Ermənistanda koronavirusa yoluxanların sayı 9492 nəfərə çatıb. Onların arasında ölkənin baş naziri Nikol Paşinyan və onun ailəsi də var. Bu ölkədə virusdan ölənlərin sayı isə 131 nəfər təşkil edir.