Xərçəng şişlərində viruslara qarşı güclü müdafiə tapılıb

0
416

Xərçəng hüceyrələri  özlərini virusdan müdafiə etmək qabiliyyətinə malikdirlər. Böyük Britaniyada Frensis Krik İntsitunun alimləri belə qənaətə gəliblər.

Bununla bağlı məqalə “Nature Cell Biology” jurnalında dərc olunub.

Məlumata görə, yeni ixtira onkoloji xəstəliklərin effektiv müalicə üsullarını hazırlamağa imkan verəcək.

Tədqiqatçıların fikrincə, virusların xərçəng, ətrafdakı toxumalar və immun sistemi ilə qarşılıqlı əlaqəsi barədə hələ çox şey öyrənilməlidir.

Ancaq bu ixtira şişlərin müalicəsində daha güclü bir vasitə yaratmaq üçün vacib hesab olunub.