Bərdədə heyvan leşləri su kanalına atıldı – YENİLƏNİB + VİDEO

0
536

Bərdədə ölmüş heyvan leşlərinin kim tərəfindən əraziyə atıldığı araşdırılır.

Bu barədə rayonun Alpoud kənd bələdiyyəsinin sədri Mobil Cəlilov məlumat verib.

O bildirib ki, bir neçə kəndin ərazisindən keçən su kanalına 20-yə yaxın iribuynuzlu cins heyvanın leşi atılıb:

“Hazırda biz həmin ərazidəyik. Baytarlıq idarəsindən, həmçinin rayon üzrə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri də əraziyə gəlib. 20-yə yaxın iribuynuzlu cins heyvanın leşi kəndə gələn su kanalına atılıb. Gecə kimsə maşınla gətirib leşləri kanala töküb. Kənd sakinləri kanalın suyundan istifadə edirlər. Mövcud vəziyyətlə bağlı araşdırma aparılacaq. Eyni zamanda, insanların sağlamlığı üçün zəruri tədbirlərin görülməsi üçün araşdırma aparırıq. Bu vəziyyətdə infeksiyanın kütləvi yayılması hallarının qarşısını almaq üçün zəruri tədbirlər görüləcək”.

14:49

Bərdədə bir neçə kəndin suyundan istifadə etdiyi su kanalına heyvan leşləri atılıb.

Leşlər kanalın Alpoud kəndindən keçən hissəsində aşkarlanıb.

Heyvanların müxtəlif xəstəliklərdən öldüyü ehtimal edilir.

Kənd sakinləri bildirirlər ki, onlar kanalın suyundan suvarmada və mal-qara üçün istifadə edirlər.

Kanal bir neçə kəndin ərazisindən keçir. Leşlərin kanala kimlərin atdığı isə hələlik məlum deyil.

Qeyd edək ki, leşlər cins heyvanlara aiddir.