Ermənistan türməsində xarici vətəndaş intihar etdi

0
411

Ermənistanda həbsxanada xarici vətəndaş intihar edib.

Hadisə  “Armavir” cəzaçəkmə müəssisəsində baş verib.

Mayın 30-da saat 08:30-da Cənubi Koreya vətəndaşının özünü asması ilə bağlı polisə xəbər verilib.

Hadisə yerinə polis və “Armavir” İstintaq Komitəsinin əməliyyatçıları cəlb edilib.

Hüquq-mühafizə orqanları həmin gün saat 07:40 radələrində həbsxana kamerasında 50 yaşlı bir kişinin asıldığını müəyyənləşdirib.

Həmin şəxsin Koreya Respublikası vətəndaşı Konq Canq Xon olduğu məlum olub. Mərhumun cəsədində zorakılıq izləri aşkar edilməyib. İstintaqın qərarı ilə məhkəmə tibbi ekspertizası təyin edilib.

Koreya vətəndaşının Ermənistanda intiharının səbəbləri araşdırılır.